Valehedici gözəlliyə aparan təhlükəli YOLLAR - Donmuş Ramramay şəlaləsindən VİDEOREPORTAJ

Valehedici gözəlliyə aparan təhlükəli YOLLAR - Donmuş Ramramay şəlaləsindən VİDEOREPORTAJ

Hazırda oxunan: Valehedici gözəlliyə aparan təhlükəli YOLLAR - Donmuş Ramramay şəlaləsindən VİDEOREPORTAJ

591088

Qışın gəlişi Azərbaycanın dağlıq bölgələrində təbiəti nağıl aləminə çevirir. Qarlı mənzərələri ilə seçilən Qax rayonunun İlisu kəndi isə bu günlərdə yerli turistlərin ən çox üz tutduğu məkanlardandır.

Bizim.Media əməkdaşları xüsusilə qış aylarında daha valehedici görünən donmuş Ramramay şəlaləsini görmək üçün təhlükəli yolları aşaraq İlisuya üz tutub.

Qarın yağması ilə içimizdə yaranan qəribə həyəcan bizi ucqar dağ kəndlərindən birinə – Qax rayonunun İlisu kəndinə gətirdi.

Yol boyu səssizcə yağan qar, ağ örpəyə bürünmüş dağlar insanı sanki nağıl dünyasına aparırdı.

Maşının təkərləri qarla örtülmüş yollarda ehtiyatla irəlilədikcə, bu saf və pak mənzərə qəlbimizdə unudulmaz anlar yaradırdı. İlisuya çatanda isə bizi sükutun, soyuğun və ağappaq təbiətin yaratdığı möhtəşəm harmoniya qarşıladı.
 

Yolların təhlükəli olmasına baxmayaraq, Ramramay şəlaləsini görmək arzusu bizi bu macəralı səfərdən çəkindirmədi. Şəlaləyə getmək üçün 14 ildir bu yollara yaxşı bələd olan təcrübəli sürücü taparaq yola davam etdik.


Ətraflı Bizim.Media-nın videosüjetində:


Leyla Vəfadar, Pərviz Allahverdiyev, Bizim.Media, Mərkəzi Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO