Bu ölkə də ÇALXALANIR - VİDEO

Bu ölkə də ÇALXALANIR - VİDEO

Hazırda oxunan: Bu ölkə də ÇALXALANIR - VİDEO

590160

Tailandın cənubunda naməlum şəxslər tərəfindən ard-arda partlayışlar törədilib. Hadisələr əsasən ölkənin müsəlmanların çoxluq təşkil etdiyi sərhəd bölgələrində qeydə alınıb.

Bizim.Media xəbər verir  ki, gecə saatlarında Yala, Pattani və Narathivat əyalətlərində ümumilikdə 11 yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

İlkin məlumata görə, obyektlərdə əl istehsalı partlayıcı qurğular yerləşdirilib.
 

Partlayışlar nəticəsində polis əməkdaşı xəsarət alıb. Hücumların turist bölgələrindən, o cümlədən məşhur kurortlardan uzaqda baş verdiyi bildirilir. Buna görə də hazırda turistlər üçün birbaşa təhlükənin olmadığı vurğulanır.


Qeyd edək ki, Tailandın cənubu əsasən malay mənşəli müsəlman əhalinin yaşadığı regiondur və bu ərazilər tarixən ölkənin mərkəzi hissəsindən dini, etnik və mədəni baxımdan fərqlənib. XIX əsrin əvvəllərinədək bölgə müstəqil müsəlman sultanlığı kimi mövcud olub, sonradan isə mərkəzi hakimiyyətin nəzarətinə keçib.

Yerli icmalar uzun illər ana dilinin, dini təhsil sisteminin və ənənəvi idarəçilik formalarının məhdudlaşdırıldığını bildirir.

Bölgədə yaşayan müsəlman icması baş verənləri yalnız təhlükəsizlik insidenti kimi deyil, onilliklərdir yığılıb qalan ədalətsizlik hissinin nəticəsi kimi görür. Yerli əhali hesab edir ki, bu torpaqlarda onların dili, dini və mədəni yaddaşı nəsillər boyu formalaşıb və bu dəyərlərin qorunması siyasi iddiadan çox mənəvi borcdur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO