İranda etirazlar sərhəd tanımır: Etirazçılar məscidləri yandırdı – FOTO/VİDEO

İranda etirazlar sərhəd tanımır: Etirazçılar məscidləri yandırdı – FOTO/VİDEO

Hazırda oxunan: İranda etirazlar sərhəd tanımır: Etirazçılar məscidləri yandırdı – FOTO/VİDEO

589876

Dünən Tehranın müxtəlif bölgələrində keçirilən etiraz aksiyalarından yayılan görüntülər şəhərdə gərginliyin artdığını göstərir. 

Bizim.Media “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, artıq nümayişçilər məscidləri hədəf almağa başlayıblar. 
 

Məlumata görə, yandırılan məscidlərdən biri Tehranın Səadətabad bölgəsində yerləşən Ər-Rəsul məscididir.


Səadətabadda baş verən etirazlarla bağlı görüntüləri paylaşan şəxs vəziyyətin son dərəcə ağır olduğunu bildirərək qeyd edib:

“İnsanlar artıq ölümün astanasındadır”.

Qeyd edək ki, dekabrın sonlarından etibarən İranın müxtəlif şəhərlərində genişmiqyaslı nümayişlər keçirilir. Etirazçılar hökumət əleyhinə şüarlar səsləndirirlər və yaşayış şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.

Keçmiş şahın oğlu Şahzadə Rza Pəhləvinin rəhbərlik etdiyi xarici müxalifət cümə axşamı günü yeni tətillər və nümayişlər çağırışı edib. 

Hazırki nümayişlər İranda 2022-2023-cü illərdə qadınlar üçün geyim qaydalarını pozduğuna görə əxlaq polisi tərəfindən həbs edilən 22 yaşlı fəal Məhsa Əminin ölümündən sonra baş verən iğtişaşlardan bəri ən böyük etirazlardır.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO