Bakıda ucuz qiymətə qəribə formalı ət satışa çıxarıldı – VİDEO

Bakıda ucuz qiymətə qəribə formalı ət satışa çıxarıldı – VİDEO

Hazırda oxunan: Bakıda ucuz qiymətə qəribə formalı ət satışa çıxarıldı – VİDEO

586766

Azərbaycanda satılan mal ətləri görünüşünə görə müzakirə mövzusu olub.

Bizim.Media xəbər verir ki, bazarlarda və bəzi satış nöqtələrində rast gəlinən bu ət məhsullarının hansı ölkədən idxal edildiyi barədə məlumat verilməməsi narahatlığı daha da artırıb.

Alıcılar məhsulun mənşəyi, emal prosesi və təhlükəsizliyi ilə bağlı aydın məlumatın olmamasından şikayətlənirlər.

Müzakirələrdə əsas diqqət çəkən məqamlardan biri ətin təbii kəsim formasına bənzəməməsidir. Kub şəklində təqdim olunan ətlərin sənaye üsulu ilə formalaşdırıldığı, yaxud iri həcmdə dondurularaq sonradan bölündüyü ehtimalları irəli sürülür. Sosial şəbəkələrdə yayılan görüntülərdə bu cür ətlərin klassik sümük və lif quruluşunun seçilmədiyi iddia olunur.

Digər tərəfdən, qiymətin bazar ortalamasından xeyli aşağı olması da alıcıların diqqətini çəkib.

Yerli bazarda təzə mal ətinin qiyməti adətən daha yüksək olduğu üçün istehlakçılar bu məhsulun keyfiyyəti və saxlanma şəraiti ilə bağlı şübhələrini ifadə edirlər. (Mənbə: Milli.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO