Doqquz ölkənin elm adamları BAKIDA – “Turan Balabilgə Akademiyası” təsis olundu – VİDEO

Doqquz ölkənin elm adamları BAKIDA – “Turan Balabilgə Akademiyası” təsis olundu – VİDEO

Hazırda oxunan: Doqquz ölkənin elm adamları BAKIDA – “Turan Balabilgə Akademiyası” təsis olundu – VİDEO

584030

Bakıda “Turan Balabilgə Akademiyası” təsis olunub. 

Bizim.Media xəbər verir ki, Akademiyanın təsisi ilə bağlı keçirilən tədbirdə ölkəmizlə yanaşı, doqquz ölkədən elm adamları, ziyalılar və deputatlar iştirak ediblər. 

Tədbirdə “Turan Balabilgə Akademiyası”nın yaradılması ortaq Türk mədəniyyəti, tarixi, dili, elmi ənənələrinin araşdırılması və təbliği baxımından önəmli olduğu bildirilib.

Akademiyanın yaradılması məqsədindən danışan “Turan Balabilgə Akademiyası”nın prezidenti Şəmil Sadiq bildirib ki, akademiya türk dünyası məktəblilərinin tədqiqat bacarıqlarını inkişaf etdirməyə xidmət edir. Akademiyanın prezidentinin sözlərinə görə, təhsil müəssisəsindən hər ölkədən hər il 60 şagird, yəni balabilgə məzun ola biləcək. 
 

Türkoloq alim Firudin Cəlilov bu akademiyanın təsisi ilə illər öncə başlayan “Turan” hərəkatının davam etdiyini vurğulayıb.


Yığıncaqda “Turan Balabilgə Akademiyası”nın fəxri və qurucu üzvlərindən Qazaxıstanın Turan Universitetinin rektoru Rahman Alışanov, deputat Cavanşir Feyziyev, şair Rüstəm Behrudi və digər qonaqlar çıxış edərək Akademiyanın Türk ölkələri arasında qardaşlıq ruhu ilə müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsinə xidmət edəcəyini bildiriblər.

Çıxışlardan sonra “Turan Balabilgə Akademiyası”nın nizamnaməsi və loqotipi təsdiq edilib.

Sonra fəxri və qurucu üzvlərə diplom və plaketlər, “Turan Balabilgə Akademiyası”nın ilk üzvləri və bölmə rəhbərləri seçilən balabilgələrə isə sertifikat və nişanlar təqdim olunub.

Qeyd edək ki, “Turan Balabilgə Akademiyası” 7 bölmə olaraq fəaliyyət göstərəcək və hər böməyə akademiyanın balabilgələri arasından seçilənlər rəhbərlik edəcəklər. 


Günay Şahmar, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO