Bir neçə gün əvvəl “Buta Palace”da dəbdəbəli toy mərasimi təşkil edilib. Tədbirdə həm yerli, həm də xarici tanınmış sənətçilər səhnə alıblar.
Bizim.Media xəbər verir ki, toy mərasimindən görüntülər sosial şəbəkələrdə yayılıb.
Toyda Özbəkistanın Xalq artisti Yıldız Usmanova çıxış edib. Ardınca türkiyəli müğənni Mustafa Sandal səhnəyə çıxıb. Daha sonra Alim Qasımovun ifası təqdim olunub.
Proqramda Natiq Ritm Qrupunun çıxışı da yer alıb. Aygün Kazımova mərasimin növbəti ifaçılarından biri olub. Bununla yanaşı Röya, Nuri, Samir Piriyev, Mir Yusif, Tünzalə Ağayeva, Namiq Qaraçuxurlu, Elçin Cəfərov, Fidan Hacıyeva, Sevda Yəhyayeva, Elton və Natavan Həbibi də səhnəyə çıxıblar.
Toyun kimə məxsus olduğu barədə məlumat açıqlanmayıb. (Publika.az)
Bizim.Media






























































































