Tələbələr üçün karyera SƏRGİSİ - 40 şirkət və dövlət qurumu BİR ARADA – FOTO/VİDEO

Tələbələr üçün karyera SƏRGİSİ - 40 şirkət və dövlət qurumu BİR ARADA – FOTO/VİDEO

Hazırda oxunan: Tələbələr üçün karyera SƏRGİSİ - 40 şirkət və dövlət qurumu BİR ARADA – FOTO/VİDEO

582897

Bakıda tələbələr üçün nəzərdə tutulmuş karyera sərgisi keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU), Azərbaycan Fransız Universitetinin (UFAZ) təşkilatçılığı ilə keçirilən sərgi UFAZ-ın icraçı direktoru Vazeh Əsgərovun çıxışı ilə başlayıb.

O, əvvəlki illərdə təşkil edilmiş karyera sərgiləri haqqında məlumat verib, builki sərgini digərlərindən fərqləndirən özəlliklərindən danışıb.

Bildirilib ki, bu sərgi tələbələrin gələcək təcrübə və məşğulluğu üçün çox əhəmiyyət kəsb edir.

Daha sonra ADNSU-nun rektoru Rüfət Əzizov rəhbərlik etdiyi universitetin fəaliyyəti, müəllim və tələbə heyəti, onların məşğulluq səviyyəsi haqqında ətraflı təqdimat edib.
 

Sərgi ilə paralel olaraq infossessiyalar keçirilib, tələbələrə məşğulluq və təcrübə proqramları, fərdi inkişafı və karyera planlamaları barədə məlumat verilib. Həmçinin UFAZ-da magistratura ixtisasları və AZCON Holdingin rəqəmsal təcrübə proqramı təqdim olunub. Bundan başqa Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil olunmuş səyyar konsultasiyalar da həyata keçirilib.


500-dən çox tələbənin qatıldığı sərgidə 40 şirkət və dövlət qurumu aktiv şəkildə iştirak edib.

Xatırladaq ki, bu sərgi 5-ci karyera sərgisi olaraq həyata keçirilir. İlk dəfə 2021-ci ildə ADNSU və UFAZ tərəfindən təşkil olunan tədbir daha sonra silsilə şəklində davam etdirilib.
















Şəfiqə Şəfa, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO