Hindistanda uça bildiyini iddia edən din xadimi faciəvi şəkildə həyatını itirib.
Bizim.Media xəbər verir ki, hadisənin görüntüləri teleqram kanallarında yayılıb.
Belə ki, sözügedən din xadimi iman gücü ilə uça biləcəyini sübut etmək üçün yüksək bir qayanın üzərinə qalxıb. O, xeyli sayda insanın qarşısında müəyyən dini ayinləri icra edib, “uçuş”unun daha inandırıcı görünməsi üçün boynundan daş dolu kisə asıb.
Daha sonra qayadan tullanan din xadimi təbii ki, uçmağı bacarmayıb. O, qayalara çırpılaraq həyatını itirib.
Həmin kadrları təqdim edirik:
Bizim.Media




































































































