Respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun 38 km-lik Gəncə-Toğanalı (Göygöl-Maralgöl) hissəsinin yenidən qurulması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2 mərhələ üzrə həyata keçirilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Bizim.Media-ya verilən məlumata görə, 1-ci mərhələ üzrə sözügedən yolun 16.5 km-lik Gəncə-Yeni Zod hissəsi yenidən qurulub.
2-ci mərhələ üzrə isə 21.5 km-lik Yeni Zod-Göygöl-Maralgöl hissəsinin yenidən qurulması işləri icra olunub.
Avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol əsası və yol geyimi deformasiyaya uğramış, yolda çalalar və çökmələr əmələ gəlmiş, en və uzunluq profilləri pozulmuş, çiyinlər çökmüş və atmosfer yağıntılarından yuyulmuşdur. Göstərilən çatışmazlıqları aradan qaldırmaq üçün yolun III texniki dərəcəyə uyğun yenidən qurulması işləri aparılıb.
Layihəyə uyğun olaraq köhnə asfalt-beton örtüyü sökülüb, sökülmüş hissələrdə həmçinin zəruri digər ərazilərdə torpaq işləri görülüb, yeni yol yatağı və yol əsası inşa olunub. Ardınca iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.
Mövcud boruların bəzilərinin özü, bəzilərinin isə başlıqları yararsız olduğu üçün müxtəlif diametrli yeni metal və dəmir-beton suötürücü borular quraşdırılıb.
Bundan başqa 5 nöqtədə düzbucaqlı su keçidləri inşa olunub, 30 metr uzunluğunda 1 mövcud körpü isə əsaslı şəkildə təmir edilib.
Tikinti layihəsinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol boyu siqnal dirəyi, yol nişanı və məlumatverici lövhə, km göstəricisi quraşdırılıb, üfiqi nişanlanma xətləri çəkilib.
Bizim.Media
- A-
- A
- A+
Multimedia
14:21 / 28.12.2021
Gəncə-Toğanalı yolunun tikintisi yekunlaşmaq üzrədir - VİDEO
Hazırda oxunan: Gəncə-Toğanalı yolunun tikintisi yekunlaşmaq üzrədir - VİDEO
Hazırda oxunan: Gəncə-Toğanalı yolunun tikintisi yekunlaşmaq üzrədir - VİDEO
52864
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.