Olqa Buzova azərbaycanlı müğənni ilə açıq şəkildə flört etdi - VİDEO

Olqa Buzova azərbaycanlı müğənni ilə açıq şəkildə flört etdi - VİDEO

Hazırda oxunan: Olqa Buzova azərbaycanlı müğənni ilə açıq şəkildə flört etdi - VİDEO

52803

Rusiyalı ulduz Olqa Buzova həmkarı, azərbaycanlı müğənni Coninin (Cahid Hüseynli) konsertinə qatılıb və ifası zamanı onunla açıq-aşkar flört edib.

Bizim.Media xəbər verir ki, Buzova dəfələrlə müğənninin pərəstişkarı olduğunu etiraf edib. 

Rusiyanın xalq artisti Filipp Kirkorov özünün ad günündə onları tanış edib. O vaxtdan Buzova Coninin çıxış etdiyi bütün tədbirlərdə iştirak etməyə çalışır.

Bu yaxınlarda müğənni həmkarının klub konsertində iştirak edib. O, məclisə zümrüd rəngli mini paltarda çıxıb. 

Ulduz səhnənin düz yanında əyləşib. Konsert boyu müğənni Coniyə baxıb və flört edib. Nəticədə müğənni onu görüb və hətta ovucları ilə ona ürək də göndərib. Buzova gecə saatlarına qədər rəqs edib.

"Sevgilim mənim". Coni sosial şəbəkədə paylaşdığı videolarında Buzovanı belə adlandırıb. Müğənninin pərəstişkarlarının çoxu düşünür ki, o, “Maska” verilişinin qalibinı yaxşı yaraşır.
Xatırladaq ki, 2021-ci ilin əvvəlindən Buzova və Coni birgə layihə həyata keçirməyi planlaşdırsalar da, bunu heç vaxt təqdim etməyiblər.

Bizim.Media

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO