Mariya Zaxarova: “Kiyev təmas xəttinə ağır artilleriya qurğuları toplayır” – VİDEO

Mariya Zaxarova: “Kiyev təmas xəttinə ağır artilleriya qurğuları toplayır” – VİDEO

Hazırda oxunan: Mariya Zaxarova: “Kiyev təmas xəttinə ağır artilleriya qurğuları toplayır” – VİDEO

49906

“Kiyev Ukraynanın şərqində yerləşən təmas xəttinə ağır artilleriya qurğuları toplayır”.

Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə səsləndirib.

Onun sözlərinə görə, ATƏT-in Xüsusi Monitorinq Missiyası da Kiyev tərəfindən ölkənin şərqinə ağır silahların, o cümlədən iriçaplı artilleriya və zirehli texnikanın, pilotsuz uçuş aparatlarının gətirildiyini qeydə alıb.

Bundan əvvəl diplomat Ukrayna tərəfindən ölkənin şərqinə 125 min əsgər və zabitin - Silahlı Qüvvələrin şəxsi heyətinin yarısının köçürülməsindən danışıb. 

Xarici işlər naziri Sergey Lavrovun fikrincə, öz qüvvələrini Rusiya sərhədləri yaxınlığında toplayan NATO Ukrayna hakimiyyətini “hərbi avantüralara” təhrik edə bilər:

“Bu da Rusiyanın təhlükəsizliyinə birbaşa təhdid yaradır”.

Nazir qeyd edib ki, Kiyev Donbassla bağlı Minsk razılaşmalarına əməl etmək istəmir və Qərb kuratorlarını qızışdırmağa çalışır.

“Baxmayaraq ki, regionda münaqişənin sülh yolu ilə həlli "yalnız Minsk razılaşmalarının birbaşa və birmənalı həyata keçirilməsi əsasında" mümkündür, - Rusiya diplomatiyasının rəhbəri vurğulayıb.

Xatırladaq ki, 2014-cü ilin aprelində Ukrayna hakimiyyəti özünü elan etmiş Donetsk və Luqansk Xalq Respublikalarına qarşı hərbi əməliyyata başlayıb. Həmin ilin fevralında Kiyevdə dövlət çevrilişindən sonra bu “respublikalar” öz müstəqilliklərini elan ediblər. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO