“Biz öz suverenliyimizi tamamilə itirmişik, bizdə ümumiyyətlə o adlı şey yoxdur”.
Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Telegram kanalında Azərbaycanı əleyhinə mütəmadi olaraq statuslar yazan erməni bloger Mika Badalyan səsləndirib.
Azərbaycanın sərhədi boyunca xidmət çəkən erməni hərbçilərinin təminatına görə internetdə pul toplayan və bu təminatı onlara çatdıran Badalyanın sözlərinə görə, Ermənistanda hazırda müsbət proseslər gedir:
“Amma bu islahatlar bizim, Ermənistanın hərbi-siyasi rəhbərliyinnin deyil, kənar oyunçuların hesabınadır. Adamda belə bir təəssürat yaranır ki, Ermənistan bizdən fərqli olaraq xəritədə daha çox onlara lazımdır”.
Xatırladaq ki, Mika Badalyan Qarabağda qondarma rejimin rəhbərliyi tərəfindən çoxdan unudulan “bayraq” parçası önündə çəkiliş edib.
Bizim.Media