Yanacaq tankeri partladı, 108 nəfər həlak oldu - VİDEO

Yanacaq tankeri partladı, 108 nəfər həlak oldu - VİDEO

Hazırda oxunan: Yanacaq tankeri partladı, 108 nəfər həlak oldu - VİDEO

44957

Syerra-Leonenin paytaxtı Fritaun şəhərində benzin tankerinin partlaması nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb.

Bizim.Media xəbər verir ki, "Sinxua" agentliyi ölənlərin sayının 108-ə çatdığını bildirib.

Hadisə nəticəsində yaralanan 92 nəfər xəstəxanalara yerləşdirilib.

Qeyd edək ki, partlayış noyabrın 5-i axşam saatlarında yanacaq daşıyan tankerin qranit plitələri daşıyan yük maşını ilə toqquşması nəticəsində baş verib. 

Qəza zamanı tankerdə yanacaq çəni dolu olub.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO