Ərdoğanın Baydenlə 20 dəqiqə planlanan görüşü 1 saatdan çox çəkdi - VİDEO

Ərdoğanın Baydenlə 20 dəqiqə planlanan görüşü 1 saatdan çox çəkdi - VİDEO

Hazırda oxunan: Ərdoğanın Baydenlə 20 dəqiqə planlanan görüşü 1 saatdan çox çəkdi - VİDEO

44050

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Bayden arasında görüş başa çatıb.

Bizim.Media xəbər verir ki, “Böyük İyirmilik” (G20) ölkələri liderlərinin Roma sammiti çərçivəsində görüşən liderlər kameralar qarşısında qısa salamlaşdıqdan sonra görüş otağına yollanıblar.
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğanla Bayden bu gün görüşəcək – Görüşün saatı açıqlandı


“Ağ ev” tərəfindən 20 dəqiqə keçirilməsi planlaşdırılan görüş 1 saat 5 dəqiqə davam edib.

Bağlı qapılar arxasında keçirilən görüşdə xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ-lı həmkarı Antoni Blinken də iştirak edib.

Ərdoğan daha əvvəl bildirmişdi ki, Cozef Baydenlə danışıqların əsas mövzusu Türkiyənin beşinci nəsil F-35 təyyarələrinin hazırlanması proqramında iştirakı məsələsi olacaq.

Xatırladaq ki, Türkiyə və ABŞ liderləri sonuncu dəfə iyun ayında Brüsseldə NATO sammiti çərçivəsində görüşüblər.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO