Naxçıvanda divizion komandirləri və müavinləri toplandı - VİDEO

Naxçıvanda divizion komandirləri və müavinləri toplandı - VİDEO

Hazırda oxunan: Naxçıvanda divizion komandirləri və müavinləri toplandı - VİDEO

43993

“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşdırma planı”na əsasən tabor, divizion komandirləri və müavinləri ilə təlim-metodiki toplantı keçirilib.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, zabitlərin bölmələri idarəetmə vərdişlərinin yüksəldilməsi, əməliyyat və qərargah hazırlığı üzrə bacarıqlarının təkmilləşdirilməsi məqsədi ilə keçirilən toplantıda praktiki və göstərici məşğələlərə üstünlük verilib.

Səhra şəraitində təşkil edilmiş təlim yerlərində “Artilleriya divizonunun atış və atəşin idarə olunması”, “Kiçik ölçülü hava hədəflərinə qarşı mübarizə”, “Mövqelərin mühəndis cəhətdən hazırlanması” mövzularında məşğələlər keçirilib, atıcı silahlardan normativlərin yerinə yetirilməsi nümayiş olunub.

Məşğələ zamanı minaatan batereyasının atışa hazırlanması və praktiki atış tapşırıqlarının yerinə yetirilməsi məşq etdirilib.
 

Toplantıda təmir emalatxanalarının və qida məntəqəsinin səhra şəraitində açılması, ehtiyat döyüş sursatının döyüş maşınlarında və nəqliyyat vasitələrində saxlanılması praktiki olaraq göstərilib.


Toplantının yekununda qarşıya qoyulmuş məqsədlərə nail olunduğu vurğulanaraq bölmələrin döyüş hazırlğının yüksəldilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO