Saxta “Kapital bank”çılar necə yaxalandı? – Kibercinayətkarın ifşa VİDEOSU

Saxta “Kapital bank”çılar necə yaxalandı? – Kibercinayətkarın ifşa VİDEOSU

Hazırda oxunan: Saxta “Kapital bank”çılar necə yaxalandı? – Kibercinayətkarın ifşa VİDEOSU

43614

Texnobloqer Fərid Pərdəşünas Kapital Bank adı ilə insanları aldadan cinayətkar dəstəni ifşa edib.

Bizim.Media xəbər verir ki, o, bu barədə Facebook səhifəsində video paylaşıb. Belə ki, Kapital bank adı ilə dostuna zəng edib, kartın şifrəsini istəyən dəstə ilə F.Pərdəşünas özü məsələni aydınlaşdırmağa çalışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Kapital Bankda nə baş verir? – RƏSMİ AÇIQLAMA


“Daş qayaya rast gəlir. Kapital Bank adından zəng edən kiber cinayətkarların hədəfində bu dəfə bizik. Dostuma gələn zəngi mən cavablayıram. Adamlar saxta nömrədən Spoofing ilə zəng edir. Kapital Bank adından spoofing ilə mesaj göndərir”.

O, qeyd edib ki, kiber cinayətkarların əsas məqsəd BirBank-a girmək üçün köhnə dediyi parolu ələ keçirmək olub.
 

“Amma gedişatda fərqli şeylər peyda olur. Videonu sona qədər izləyin. Bu yeni növ kiber hücumdur. Dostlarınıza, xüsusən valideynlərinizə bunu göndərin. Bu arada qeyd edim ki, sonra yenidən zəng etdilər və söyüşlü dava başladı”.


Qeyd edək ki, son zamanlar cəmiyyət arasında bu cür cinayətkarların qurbanlarına çevrilən bir xeyli insan var. Daxili İşlər Nazirliyi də məsələ ilə bağlı əhaliyə müraciət edərək, bu cür hallarda daha ayıq davranaraq, bu cür cinayətkarların toruna düşməməyə çağırıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO