Qarabağ Dirçəliş Fondunun YENİ LOGOSU – VİDEO

Qarabağ Dirçəliş Fondunun YENİ LOGOSU – VİDEO

Hazırda oxunan: Qarabağ Dirçəliş Fondunun YENİ LOGOSU – VİDEO

43101

Qarabağ Dirçəliş Fondunun loqotipində əfsanəvi Feniks quşu təsvir olunacaq.   

Bizim.Media xəbər verir ki, Qarabağ Dirçəliş Fondu bir müddət əvvəl özünün yeni yaranacaq loqotipinin dizaynının hazırlanması məqsədilə müsabiqənin qalibini açıqlayıb. 

“Maxmedia” kreativ agentliyi tərəfindən təqdim olunan loqotip müsabiqənin qalibi seçilib.  Müsabiqədə seçilən loqotipin emblem hissəsində qədim mifologiyalarda küllərindən yenidən doğulma qabiliyyətinə sahib bir varlıq - əbədi yenilənmənin, ölümsüzlüyün və yenidən dirilişin simvolu hesab olunan əfsanəvi Feniks quşu təsvir olunub.  

Fövqəltəbii xüsusiyyətlərə malik olan, adını qırmızı rəngindən alan bu nəhəng varlıq qədim xalqların mifolgiyasında Anka, Simurq, Zümrüd quşu və digər adlarla tanınır.  

Rəvayətə görə, Feniks quşu sevdiyi insanlara, köməyə ehtiyacı olan günahsız bəndələrə öz lələklərindən verər, onlara bir çətinliyə düşəndə bu lələkləri yandırıb onu köməyə çağırmalarını tapşırarmış.  
 

Bu gün xarabalıqlara çevrilmiş, arxitekturası, təbiəti məhv edilmiş Qarabağ da Feniks quşu kimi yenidən öz “küllərindən” doğulur, dirçəlir.  

 
“Əminliklə deyə bilərik ki, çox qısa zamanda biz doğma Qarabağımızı əvvəlkindən də gözəl bərpa edəcəyik, onu inkişaf etdirəcəyik, dirçəldəcəyik, əvvəlki əzəmətini və füsunkarlığını özünə qaytaracağıq. Buna nail olmaq üçün isə hər birimiz səfərbər olmalı, bu işə öz töhfəmizi verməliyik”, - Fondun məlumatında qeyd olunub. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO