Fransa prezidenti Emmanuel Makron xeyriyyə məqsədilə təşkil olunan futbol matçında iştirak edib.
Bizim.Media xəbər verir ki, dövlət başçısı yarımmüdafiəçi kimi çıxış etdiyi oyunda penaltidən qol da vurub.
Makronun komandası Poissy Xəstəxanasının heyəti ilə qarşılaşıb və 6:1 hesablı qələbə qazanıb.
Fransa prezidentinin komandasında Arsen Venger, Rudi Qarsiya, Kristian Karambö, Sonni Anderson, Rober Pires, Sidney Qovu, Matyö Bodmer və Alen Jiress kimi keçmiş futbolçular yer alıb.
Matçdan əldə olunan vəsait Paris Xəstəxanalar Vəqfinə yönəldiləcək.
Bizim.Media