"Heç bir ölkəyə Saakaşvili kimi məhbus arzulamıram" - Tengiz Pxaladzedən VİDEO

Hazırda oxunan: "Heç bir ölkəyə Saakaşvili kimi məhbus arzulamıram" - Tengiz Pxaladzedən VİDEO

41188

"Mixeil Saakaşvili haqqında danışırıqsa, bilməliyik ki, o, heç bir şablona sığmır. O elə bir insandır ki, siyasi ahu-hava yarada, yaxud siyasi mühitə təsir edə bilər. Əlbəttə ki, onun peyda olması böyük məna kəsb edirdi.
 

Hər bir siyasətçinin yanlışı olur, amma Mixeilin Gürcüstana gəlməsi onun səhviydimi?" deyən Gürcüstanın sabiq prezidentinin (2014-2018) müşaviri, xarici münasibətlər üzrə ekspert Tengiz Pxaladze bunu zamanın göstərəcəyini bildirib.


Bizim.Media xəbər verir ki, canlı yayımda Pxaladze Mixeilin Saakaşvilinin Gürcüstanın fəaliyyətdə olan siyasətçisi ola-ola Ukraynada vəzifə tutmasını nonsens (ağlabatmaz, mənasız) adlandırdı.

Çünki eyni vaxtda iki ölkənin siyasətində təmsil olunmaq mümkünsüzdür:

"Siyasətçi seçim etməlidir. Ya orada, ya da burada. Çünki hansısa bir dövlətin siyasətində təmsil olunursansa, digər ölkədəki siyasi proseslərə qarışa bilməzsən.
 

Mənə elə gəlir ki, Saakaşvili qayıtmaqla Gürcüstan və Ukrayna arasında seçimini etdi. Heç bir dövlətə belə məhbus arzulamıram. O, həbsxanada ola-ola da siyasi proseslərə təsir edə bilir".


Ətraflı videoda:

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO