İlk “Əmək” ordeni alan şəxslə Prezidentin maraqlı dialoqu - VİDEO

İlk “Əmək” ordeni alan şəxslə Prezidentin maraqlı dialoqu - VİDEO

Hazırda oxunan: İlk “Əmək” ordeni alan şəxslə Prezidentin maraqlı dialoqu - VİDEO

40290

Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüşdə Cocuq Mərcanlı kəndinin sakini, 1-ci dərəcəli “Əmək” ordenli Oqtay Həziyev də iştirak edib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezidentin Cəbrayıl səfərində MARAQLI ANLAR - Əməkdar artistin istəyini geri çevirdi - VİDEO


İlk "Əmək"ordeni alan O. Həziyev Prezidentlə səmimi söhbətdə görüş barədə təəssüratlarını bölüşüb:

"Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Çox sağ olun, cənab Prezident. Siz əsl sərkərdə, əsl Ali Baş Komandan kimi tarix yazdınız. Noyabrın 10-da mənim Şuşa şəhərində yaşamağımın bir ili tamam olacaq.

Orada və Qarabağın bütün ərazisində böyük, möhtəşəm, bənzəri olmayan quruculuq işləri gedir. Yəni, müharibədən çıxmış bir ölkənin bu qədər genişmiqyaslı quruculuq işləri aparması dünya tarixində görünməyib” – deyə O.Həziyev bildirib.

Daha sonra prezident, Oqtay Həziyevə təşəkkür edib:

“Oqtay, təşəkkür edirəm. Oqtay Həziyev o insanlardandır ki, heç nəyə baxmadan, heç kimdən qorxmadan təkbaşına öz ailəsi ilə Cocuq Mərcanlıda 20 ildən çox yaşayıb.
 

Mən sonra xəbər tutdum. Öz əlinin zəhməti ilə əldə etdiyi imkanları ordu ilə bölüşür. Dedim, gör nə qədər böyük bir şəxsiyyətdir. Cocuq Mərcanlıya gələndə o vaxt mən “Əmək” ordenini təzə təsis etmişdim və onu heç kimə vermirdim.


Halbuki namizədlər var idi, dedim ki, yox, mən onu o kişiyə verəcəyəm. Mən birinci ordeni o kişiyə verdim və evində də təqdim etdim, qucaqladım, öpdüm. Doğrudan da Azərbaycan Oqtay kimi insanların üstündə dayanır. Sağ ol, Oqtay, sağ ol”, - dövlət başçısı qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO