Türkiyə Respublikası Milli müdafiə nazirinin müavini Muhsin Derenin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında işgüzar səfərdə olub.
Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi bildirib.
Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Naxçıvan Muxtar Respublikasında işgüzar səfərdə olan Türkiyə Respublikası Milli müdafiə nazirinin müavini Muhsin Derenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan və Türkiyə hərbçilərinin birgə TƏLİMİ BAŞLADI - VİDEO
Görüşdə Azərbaycan və Türkiyə Respublikaları arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən keçirilən birgə təlimlərin və hazırda uğurla davam edən “Sarsılmaz qardaşlıq-2021” birgə döyüş atışlı taktiki təliminin hər iki qardaş ölkənin hərbi qulluqçularına qazandırdığı təcrübənin əhəmiyyətindən danışılıb.
Bizim.Media