“Qarabağ”lı futbolçunun qolu həftənin ən yaxşısı seçilə bilər - VİDEO 

“Qarabağ”lı futbolçunun qolu həftənin ən yaxşısı seçilə bilər - VİDEO 

Hazırda oxunan: “Qarabağ”lı futbolçunun qolu həftənin ən yaxşısı seçilə bilər - VİDEO 

39618

UEFA Konfrans Liqasında qrup mərhələsinin II turunun oyunlarından sonra həftənin ən yaxşı qolu adına namizədlər bəlli olub. 

Bizim.Media xəbər verir ki, siyahıda  Kiprdə "Omoniya"nı 4:1 hesabı ilə məğlub edən “Qarabağ”ın oyunçusu Kadri Borges də yer alıb. 

Matçda dubl edən 25 yaşlı braziliyalı yarımmüdafiəçi 52-ci dəqiqədə uzaq məsafədən baxımlı qol vurub. 

Digər namizədlər Aleksandr Qlişiç (“Alaşkert”, Ermənistan), Maksimilian Vittek (“Vitess”, Niderland) və Ziqa Kousdur (“Mura”, Sloveniya). 

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər tərəfindən seçiləcək. 

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO