Tacikistan Əfqanıstanla sərhəddə hərbi parad keçirdi - VİDEO

Tacikistan Əfqanıstanla sərhəddə hərbi parad keçirdi - VİDEO

Hazırda oxunan: Tacikistan Əfqanıstanla sərhəddə hərbi parad keçirdi - VİDEO

39588

Tacikistan Əfqanıstanla sərhəddə yerləşən Xoroq şəhərində hərbi parad keçirib.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, ölkə Prezidenti Emoməli Rəhmon paradda çıxış edib.

Rəhmon hərbçiləri respublikanın müstəqilliyinin 30-cu ildönümü münasibətilə təbrik edib və bu illər ərzində silahlı qüvvələrin “etibarlı, güclü və mütəşəkkil bir quruluş” halına gəldiyini söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

Tacikistan-Qırğızıstan sərhədində yenidən ATIŞMA: Yaralananlar var 


O əlavə edib ki, Tacikistan sərhədində ekstremist və terror hərəkatları güclənir və belə şəraitdə ordunun rolu artır.

Paradda 100 mindən çox hərbçi və səfərbərlik ehtiyatının 130 mindən çox zabit və əsgəri iştirak edib.

Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyi bundan əvvəl Tacikistan və Əfqanıstan silahlı qüvvələrinin ortaq sərhədə çəkilməsi ilə bağlı xəbərləri qeydə alıb. Moskva tərəfləri vəziyyəti sülh yolu ilə həll etməyə çağırdı.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO