Belarus prezidenti Aleksandr Lukaşenko bu gün Azərbaycanın Belarusda diplomatik fəaliyyətə başlayan səfiri Ülvi Baxşəliyevin etimadnaməsini qəbul edib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Pul Pervoqo” Telegram kanalı yayıb.
MÖVZU İLƏ BAĞLI:
Lukaşenkodan sərt mesajlar: “Biz diz çökməyəcəyik” – ANBAAN VİDEO
Lukaşenko Azərbaycan səfiri ilə görüşdə deyib: "Azərbaycan Belarusu ardıcıl dəstəkləyən qardaş dövlət, strateji tərəfdaşımızdır və belə də qalacaq".
Lukaşenko bütövlükdə ölkəsi və öz adından etimad və etibarlılığa görə bütün Azərbaycan xalqına, dostu Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
Tədbirdə Lukaşenko daha bir neçə ölkənin yeni səfirlərinin etimadnamələrini qəbul edib və onlar qarşısında kiçik nitq söyləyib:
“Belarus suverenliyimizə və müstəqilliyimizə həqiqətən hörmət edən dövlətlərlə dostluq münasibətləri qurmaq niyyətindədir”.
Bizim.Media