Şəhid övladları Şuşada

Şəhid övladları Şuşada "Xudayar təsnifi" OXUDULAR - VİDEO

Hazırda oxunan: Şəhid övladları Şuşada "Xudayar təsnifi" OXUDULAR - VİDEO

38572

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin, Müdafiə Nazirliyinin dəstəyi və "Fire Land Production"ın təşkilatçılığı ilə keçirilən "Mənim atam qəhrəmandır" layihəsinin Şuşa tədbirində Vətən müharibəsində adı əfsanəyə çevrilən gizirlərimizdən olan şəhid Xudayar Yusifzadənin anası Radə xanım, şəhid övladları və digər iştirakçılar Cıdır düzündə şəhidlərimizi yad ediblər.

Bizim.Media xəbər verir ki, şəhid övladları könüllülərlə birlikdə "Xudayar təsnifi"ni oxuyublar.

Azərbaycanın qəhrəman oğulları bu musiqinin sədaları ilə bir daha yad olunub.

Sonra Xudayar Yusifzadənin anası və digər şəhid anaları şəhid olmuş övladlarının ruhu şad olsun deyə Şuşa dağlarına gülab səpib, dualar oxuyublar.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO