Bu gün təxminən yerli vaxtla saat 15.40 radələrində Rusiyanın İrkutsl vilayətinin Kutulik kəndi yaxınlığındakı "Sibir" avtomobil yolunda məktəb avtobusu UAZ avtomobili ilə toqquşub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı IrkutskMedia nəşri Rusiya Daxili İşlər Nazirliyinin İrkutsk vilayəti Baş İdarəsinin mətbuat xidmətinə istinadən yayıb.
Mənbə yazır ki, avtobusda sürücüdən başqa 18 uşaq və onu müşayiət edən iki nəfər olub.
İlkin məlumatlara görə, hadisə nəticəsində bir uşağa, UAZ-ın sürücüsünə və müşayiət edən iki şəxsə tibbi yardım göstərilib.
Hadisə yerinə yol polisinin müfəttişləri gəlib. Baş verənlərin bütün şərtləri və səbəbləri aydınlaşdırılır.
İrkutsk vilayətinin prokurorluğundan verilən məlumata görə, Alar rayonunun prokuroru qəza yerinə gedib. Bu faktla əlaqədar olaraq, prokurorluq azyaşlıların məktəb avtobusları ilə daşınmasını təşkil edərkən qanunvericiliyə riayət olunmasına dair audit təşkil edib.
Bizim.Media