“Rəqəmləri dəyərləndirmək hələ tezdir. Büdcəmiz az idi deyə müxalif partiyalar qədər müşahidəçi təqdim etməmişdik. Mən ümumi informasiya fonuna istiqamətlənmişdim. Qaydaların pozulması və saxtakarlıq barədə danışsaq, deyə bilərik ki, canlı yayımda kameraların önünün necə bağlandığını görmüşük. Amma əsas məsələ bu deyil. Əsas məsələ odur ki, Rusiyanın yarısı ölkədə seçkilərin keçirildiyindən xəbərsiz olub. Bunu hökumət edib”.
Bizim.Media xəbər verir ki, bu sözləri Maksim Şevçenko “tvrain”ə müsahibəsində deyib.
MÖVZU İLƏ BAĞLI:
Şevçenko II Qarabağ müharibəsinin sirlərini açdı: "Hər şey Kəlbəcərdən başladı”
Deputatlığa namizəd son fikirlərinin izahını belə verib:
“Çünki KİV də insanları vətəndaş borclarını yerinə yetirmək üçün ruhlandırmayıb. Vahid Rusiya partiyasının özündən də etiraf ediblər ki, səs verən seçici sayı ümumi rəqəmin 40 faizə qədəridir. Bu rəqəmə daxil olan insanların böyük faizi isə dövlət qulluqçularıdır. Yəni, hökumətdən asılı olan seçicilər. Əsasən də hərbçilər idi. Əlbəttə onları mühakimə etmirəm”.
Şevçenkonun səsləndirdiyi digər maraqlı faktlarla linkə daxil olaraq tanış ola bilərsiniz.
Bizim.Media