Sel Tovuzda fəsadlar yaratdı – FOTO-VİDEO - ÖZƏL

Sel Tovuzda fəsadlar yaratdı – FOTO-VİDEO - ÖZƏL

Hazırda oxunan: Sel Tovuzda fəsadlar yaratdı – FOTO-VİDEO - ÖZƏL

37505

Qərb bölgəsində ötən gündən qeyri-sabit hava şəraiti hökm sürür. Tovuzun ucqar dağ kəndlərində  güclü külək, dolu, yağış və güclü sel təsərrüfata, əkin sahələri və evlərə ciddi ziyan vurub. 

Bizim.Media xəbər verir ki, hazırda bölgədə yağıntılı və əlverişsiz hava şəraiti hökm sürür. Asfalt örtüyü torpaq və qaya parçaları ilə örtülüb.

Avtomobillərin hərəkətində çətinliklər yaranıb. Ötən gün axşam saatlarından başlayan güclü yağış selə səbəb olub.

Nəticədə yol kənarındakı qayalıqlardan qopan daş parçaları və torpaq qatı yola tökülüb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 25 №-li Yol İstismar İdarəsinin texnika və canlı qüvvəsi yolların təmizlənməsi işini həyata keçirib. Əlverişsiz hava şəraiti elektrik və telekominikasiya xəttlərini də sıradan çıxarıb.

Bu səbəbdən elektrik enerjisinin verilişində fasilələr yaranıb. Əkin sahələrində yığılmayan məhsullar da selin qurbanına çevrilib.  

Kənd sakinlərinə məxsus iri və xırdabuynuzlu heyvanlar, ev quşlarının tələf olması da selin törətdiyi fəsadlardan biridir. Güclü sel və külək nəticəsində rayonun Əsrik-Cırdaxan kəndi və Qəribli İnzibati Ərazi Dairəsində bir neçə kənddə fərdi yaşayış evlərinin dam örtüyü və hasarları dağılıb, sel evlərin içərisinə dolub.  

Tovuz Rayon İcra Hakimiyyətinin nəzdində mövcud olan Fövqəladə Komissiya təbii fəlakətlərdən zərər görən sakinlər barəsində qeydiyyata başlayıb. Hazırda bölgədə əlverişsiz və yağıntılı hava şərait davam edir.

Cümşüd Məmmədov, Bizim.Media
 


 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO