Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına keçirilən seçkilərdə onlayn formatda səs verib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
"Əziz dostlar, bu gün ölkəmizdə səkkizinci çağırış Dövlət Dumasına seçkilərdə millət vəkillərinin seçilməsi üçün üç günlük səsvermə başladı.
MÖVZU İLƏ BAĞLI:
Özünütəcrid edən Putin səsverməyə qatılmayacaq? – Peskovdan CAVAB
Gördüyünüz kimi, gigyenik məhdudiyyətlər və karantin şəraitində vətəndaşlıq borcumu onlayn olaraq yerinə yetirdim. Dünyanın bir çox ölkələrində səsvermə bu sistemdə istifadə olunur. Ümumiyyətlə mövqeyinizə güvənirəm. Seçiminizi edin" - deyə Putin bildirib.
Prezident həmçinin hərkəsi seçkilərdə fəal iştirak etməyə çağırıb.
Qeyd edək ki, V. Putin ətrafında çox sayda insanın koronavirusa yoluxması səbəbindən özünütəcrid rejiminə keçib.
Bizim.Media