“Taliban” Əhməd Şah Məsudun Pəncşirdə yerləşən məzar daşını bərpa edib.
Bizim.Media ““Sputnik Əfqanıstan”a istinadən xəbər verir ki, bu gün bir qrup “Taliban” silahlısı məzarın qarşısında dayanaraq ictimaiyyətə müraciət ediblər.
Onlar iddia ediblər ki, məzar daşının və onun üzərində olan yazılı şüşənin dağıdılmasının “Taliban”la heç bir əlaqəsi yoxdur və bu əməl bir qrup fanatik tərəfindən törədilib.
MÖVZU İLƏ BAĞLI:
“Taliban” hökumət başçısının ilk rəsmi fotosu yayıldı – FOTO
“Biz Əfqanıstan İslam Əmirliyinin mücahidləri olaraq məzarı bərpa etdik. Özünüz şahidsiniz ki, biz hazırda məqbərənin daxilindəyik. Məzar daşı və onun üzərində olan şüşə lövhə bərpa edilib. Biz o şüşəni sındırmamışdıq. Bu əməli Əhməd Şaha qarşı ədavəti olan şəxslər etmişdi”, - deyə videoda danışan “Taliban” üzvlərindən biri söyləyib.
Bizim.Media