Ağ Ev ABŞ prezidenti Co Baydenin ölkənin qərbində şiddətli meşə yanğınlarını müzakirə etdiyi Aydaho görüşünün canlı yayımını dayandırıb. O, tamaşaçılara müraciət edərkən cümləsinin ortasında sözünü kəsiblər.
Bizim.Media xəbər verir ki, görüşdə Milli Meşəçilik Dərnəyindən Corc Qeysler ona sual verib.
Bayden cavabında "Çalışdığım şeylərdən biri ... idi" deyib, ancaq cümləsinin sonunu tamaşaçılar eşitməyib.
“New York Post” qəzetinin yazdığına görə, tamaşaçıların hər zaman Baydenin müəyyən bir mövzu ilə bağlı fikirlərini eşitməsinə icazə verilmir.
Qeyd edək ki, Bayden oxşar hadisələri bir neçə dəfə yaşayıb. 2021 -ci ilin avqustunda onun jurnalistlərin Əfqanıstanla bağlı suallarını cavablandırmaq istəyərkən mikrofonu söndürülüb.
Bizim.Media