“12 sentyabr demokratiyamızın qara ləkəsidir” - Fəxrəddin Altun - VİDEO

“12 sentyabr demokratiyamızın qara ləkəsidir” - Fəxrəddin Altun - VİDEO

Hazırda oxunan: “12 sentyabr demokratiyamızın qara ləkəsidir” - Fəxrəddin Altun - VİDEO

36710

“Millətin iradəsinə zərbə vurularaq demokratiya və insan hüquqlarının heçə sayıldığı 12 sentyabr demokratiyamızın qara ləkəsidir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun 12 sentyabr dövlət çevrilişinin 41-ci ildönümü münasibətilə “Twitter” hesabından etdiyi paylaşımda qeyd edib. 
 

MÖVZU İLƏ BAĞLI:

“Türkiyə gözləmə odası olmayacaq” – Fəxrəddin Altundan sərt REAKSİYA


15 iyul müqavimətinin türk millətinin bir daha 12 mart, 12 sentyabr və 28 fevral kimi iradələrini heçə sayan cəhdlərə icazə verməyəcəyini göstərdiyini vurğulayan Altun 12 sentyabr çevrilişi ilə bağlı video da paylaşıb.

Videoda 12 sentyabrda 650 min nəfərin saxlanıldığı, 1 milyon 683 nəfərin təqiblərə məruz qaldığı, 210 min nəfər haqqında cinayət işi açıldığı, minlərlə insanın vətəndaşlıqdan çıxarıldığı və həbsxanalarda işgəncələrə məruz qalaraq öldüyü, 50 nəfərin isə xuntaçılar tərəfindən edam edildiyi bildirilib.
 

17 yaşlı Erdal Erenin xuntaçıların qərarı ilə yaşı böyüdülərək Ankara Ulucanlar həbsxanasında edam edildiyi xatırladılan videoda “15 iyulda millətimiz yeni “12 sentyabrlara” icazə verməyəcəyini bütün dünyaya elan edib.


Bu gün türk milləti 12 sentyabr xuntasının qurbanlarının əziz xatirələrini qorumağa və bu torpaqları möhkəm gələcəyə hazırlamaq üçün inamla addımlamağa davam edir” -  ifadələrinə yer verilib. 

Alçina Amilqızı, Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO