Xəzər dənizində itkin düşən uşaqlar tapıldı - VİDEO

Xəzər dənizində itkin düşən uşaqlar tapıldı - VİDEO

Hazırda oxunan: Xəzər dənizində itkin düşən uşaqlar tapıldı - VİDEO

35734

Xəzər dənizində itkin düşən qayıq Tüleniy adasının ərazisində tapılıb.

Bizim.Media xəbər verir ki, bu barədə TASS-a Rusiya Dəniz və Çay Nəqliyyatı Federal Agentliyindən (Rosmorreçflot) məlumat verilib.
 

İdarə qayıqda yeddi nəfərin olduğunu təsdiqləyib. Qayığın sərnişinləri arasında üç uşaq olub. Onların ən kiçiyi səkkiz aylıqdır.


Qeyd edək ki, Volqoqraddan Mahaçqalaya gedən qayığın itməsi barədə sentyabrın 5-də məlumat verilmişdi.

Tüleniy – Dağıstana məxsus kimsəsiz adadır. 20-ci əsrin birinci yarısında orada balıq fabriki fəaliyyət göstərib və qəsəbə salınıb.

Lakin Xəzər dənizinin səviyyəsinin yüksəlməsi və balıq ehtiyatlarının azalması səbəbindən oradakı yaşayış məntəqəsi ləğv olunub.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO