Qadına hücum edib pul kisəsini oğurladı - VİDEO

Qadına hücum edib pul kisəsini oğurladı - VİDEO

Hazırda oxunan: Qadına hücum edib pul kisəsini oğurladı - VİDEO

34873

Binə qəsəbəsində avtobus dayanacağında qadına hücum edən şəxs saxlanılıb. 

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Hadisənin baş vermə anı kameralar vasitəsi ilə görüntülənib.

27 avqust 2021-ci il tarixində evdən çıxıb işə gedən zaman avtobus dayanacağında bir nəfər tanımadığı şəxsin hücumuna məruz qalıb.
 

MÖVZU İLƏ BAĞLI:

Avtomobil dayanacaqda dayanan piyadanı vurdu


Qadın pul kisəsinin içində 60 manat, övladlarına aid şəxsiyyət vəsiqələrinin və əmək haqqı kartının olduğunu bildirib.  

Faktla bağlı 3-cü Polis Bölməsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Teymur Mirzəyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb zəruri istintaq tədbirləri davam etdirilir.

Teymur Mirzəyevin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. 

Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına və ya Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə məlumat verə bilərlər. 

Bizim.Media
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO