Karantin qaydalarını pozduğu üçün cərimələnənlər cəriməni ödəməsə, axtarışa verilə bilər.
Bizim.Media xəbər verir ki, bunu “ARB24″ün “Gündəm” verilişinə açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat katibi Elşad Hacıyev deyib.
Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsində yer alan müvafiq normaya əsasən karantin qaydalarının pozulması ilə əlaqədar tətbiq edilən cərimələrin 30 gün müddətində ödənilməsi təmin edilməlidir:
MÖVZU İLƏ BAĞLI:
Sentyabrın 1-dən bu şəxslər də ticarət və iaşə obyektlərinə buraxılacaq – DİN-dən AÇIQLAMA
“Cərimə ödənilməsə, müvafiq qaydada ədliyyə orqanlarına borc yükü ilə bağlı məlumat göndərilir. Vətəndaş bilməlidir ki, barəsində tətbiq olunan pul cəriməsi onun üzərində borc yükü kimi qalır. Məhkəmə tərəfindən inzibati icraata uyğun olaraq onun ödənilməsi üçün müvafiq tədbirlərin görülməsi təmin ediləcək”.
DIN rəsmisi əlavə edib ki, 30 gün ərzində cərimə ödənilməsə, məhkəmə xətti ilə onun ödənilməsi təmin ediləcək:
“Əgər şəxs tapılmasa və cəriməni ödəməsə, axtarışa verilir və həmin axtarışla bağlı müvafiq dövlət qurumundan polisə məlumat daxil olur. Axtarış üzrə isə vətəndaş tapılaraq, cərimənin ödənilməsi təmin edilir”.
Bizim.Media