50 yanğına çağırış oldu, 11 nəfər xilas oldu – VİDEO 

50 yanğına çağırış oldu, 11 nəfər xilas oldu – VİDEO 

Hazırda oxunan: 50 yanğına çağırış oldu, 11 nəfər xilas oldu – VİDEO 

34617

"112" qaynar telefon xəttinə daxil olan zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 50 yanğına çıxış və 9 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.  

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib. 

Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. 

Ümumilikdə, ötən sutka ərzində 11 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas edilib. 

Həmçinin, Nazirliyin dalğıc-axtarış qrupu Lənkəran şəhəri, Aşağı Nüvədi qəsəbəsində dənizdə qeyri-cimərlik ərazidə batmış 1 nəfərin axtarış işlərinə cəlb olunub. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO