Aygünün dostu Kirkorov ermənilər üçün bayıldığını sərgilədi – VİDEO

Aygünün dostu Kirkorov ermənilər üçün bayıldığını sərgilədi – VİDEO

Hazırda oxunan: Aygünün dostu Kirkorov ermənilər üçün bayıldığını sərgilədi – VİDEO

34608

Rusiyalı müğənni Filip Kirkorov Rusiyada keçirilən “Yeni dalğa” Gənc Musiqi İfaçıları üçün beynəlxalq müsabiqədə birinci yer tutan erməni ifaçısını təbrik edib. 

Bizim.Media xəbər verir ki, o, bu barədə İnstagram səhifəsində geniş post paylaşıb.

İfaçı xüsusi olaraq erməni ifaçını bağrına basaraq, onunla səmimi söhbət edib. Bu paylaşım İnstagramda erməni istifadəçiləri tərəfindən anşlaqla qarşılanıb. 

Maraqlısı isə erməni izləyicilərinin Filipə erməni kimi müraciət etməsi olub. İzləyicilərdən biri yazır.

“Sonunda iki erməni görüşə bildi”.

Ancaq Filip Kirkorov özü dəfələrlə erməni olması barədə yayılan xəbərləri təkzib edib. 

Xatırladaq ki, Vətən müharibəsi zamanı da ifaçının ermənilərə pul ianə etməsi barədə xəbərlər dolaşırdı. Lakin o, bu xəbəri əsassız adlandırıb.

Qeyd edək ki, Filip Kirkorov Xalq artisti Aygün Kazımova ilə isti dost münasibətlərindədir. Onlar dəfələrlə bir yerdə səhnəyə çıxıb və duet də ifa ediblər.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO