Qızılağac qoruğu YANDI - VİDEO

Qızılağac qoruğu YANDI - VİDEO

Hazırda oxunan: Qızılağac qoruğu YANDI - VİDEO

34508

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə, Lənkəran şəhəri Balıqçılar qəsəbəsinin Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində yanğın hadisəsi barədə məlumat daxil olub. 

Bizim.Media xəbər verir ki, bu barədə FHN-nin mətbuat xidməti məlumat yayıb. 

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir. 

İlkin məlumata əsasən, təxminən 10 hektar sahədə kol-kos yanır. 

Bizim.Media
 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO