Azərbaycan əsilli biznesmenin oğlu saxlanıldı - FOTO/VİDEO

Azərbaycan əsilli biznesmenin oğlu saxlanıldı - FOTO/VİDEO

Hazırda oxunan: Azərbaycan əsilli biznesmenin oğlu saxlanıldı - FOTO/VİDEO

34254

Moskvanın Vnukovo hava limanında gömrük nəzarətindən kənar 36 milyon rubl dəyərində qızıl-ziynət əşyaları keçirən Azərbaycan əsilli iş adamı saxlanılıb. 

Bizim.Media xəbər verir ki, saxlanılan şəxsin iş adamı, tikinti maqnatı hesab olunan Mehrac Babayevin oğlu Ziya Babayev olduğu məlum olub. 
 

Vnukova hava limanının gömrük xidmətinin mətbuat katibi Sofya Latanın açıqlamasına görə, Ziya Babayev 36 milyon rubl dəyərində lüks brendlərə aid saatları, qızıl-ziynət əşyalarını gömrük bəyannaməsində qeyd etmədən “yaşıl dəhliz”dən qanunsuz yolla keçirməyə çalışıb.


Lakin gömrük əməkdaşları Babayevin gizli yolla keçirməyə çalışdığı bütün bahalı məhsulları müsadirə ediblər.

Xatırladaq ki, Mehrac Babayevin adı Bakıda jurnalistlər üçün tikilmiş binanın tikintisi prosesində baş vermiş qanunsuzluqlarla bağlı aparılan istintaq araşdırmasında da hallanır. 

Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO