3 komanda Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazandı – VİDEO

3 komanda Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazandı – VİDEO

Hazırda oxunan: 3 komanda Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazandı – VİDEO

34124

UEFA Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinin cavab matçlarına start verilib.

Bizim.Media ilk oyun günündə qrup mərhələsinə vəsiqə qazanan 3 komandanın adına aydınlıq gəlib.

PSV Niderlandda Portuqaliyanın "Benfika" komandasının müqavimətini qırmağa çalışıb. Lakin görüş qolsuz başa çatdığından evdəki ilk matçda 2:1 hesablı qələbə qazanan Lissabon təmsilçisi qrupa düşüb.
 

Bolqarıstanda İsveç "Malmö"sü ilə üz-üzə gələn "Lüdoqorets" 2:1 hesablı qələbəyə baxmayaraq, ÇL-də mübarizəni dayandırıb.


İsveçrə "Yanq Boyz"u isə Macarıstanda "Ferentsvaroş"a qalib gəlib - 3:2. Bu nəticə ilk oyunda da eyni hesablı qələbə qazanan qonaqları qrup mərhələsinə yüksəldib.

Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin digər cavab oyunları bu gün gerçəkləşəcək.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO