Tom Kruz “Mümkün olmayan missiya

Tom Kruz “Mümkün olmayan missiya"da uçuruma yuvarlandı - VİDEO  

Hazırda oxunan: Tom Kruz “Mümkün olmayan missiya"da uçuruma yuvarlandı - VİDEO  

33747

Məşhur Hollivud ulduzu Tom Kruzun iştirakı ilə "Mümkün olmayan missiya" filminin 7-ci hissəsinin çəkilişləri davam edir. 

Bizim.Media BBC- yə istinadən xəbər verir ki, həyacanlı anları ilə məşhur olan filmdə bu dəfə bir buxar lokomotivi məhv edilib. 

BBC -nin məlumatına görə, kinorejissorlar bunun üçün xüsusilə İngiltərənin Derbişir əyalətində, dəmir yolunun bir hissəsini inşa etdiriblər. Lokomotiv sahəyə yük maşınları ilə çatdırılıb. 

“Youtube”da yerləşdirilən videonun görüntülərində qatarın necə sürətlə dərəyə yuvarlandığı əks olunub. Bu anlar iki helikopterlə lentə alınıb. 

BBC -nin məlumatına görə, filmin əsas ulduzu Tom Kruz səhnədə rol alıb və möhtəşəm qəzanı kənardan izləyib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO