Gürcü idmançı Tokioda otel mühafizəçisinin qabırğasını qırdı - VİDEO

Gürcü idmançı Tokioda otel mühafizəçisinin qabırğasını qırdı - VİDEO

Hazırda oxunan: Gürcü idmançı Tokioda otel mühafizəçisinin qabırğasını qırdı - VİDEO

33497

Gürcüstandan olan Paralimpiya idmançısı otelin mühafizəçisinə ağır bədən xəsarəti yetirdiyi üçün akkreditasiyadan məhrum edilib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya xarici mediada yer alıb.

Mənbə yazır ki, indi o, Yaponiyanı tərk etməlidir.

Söhbət cüdoçu Zviad Qoqoçuridən gedir. O, Gürcüstan Paralimpiyaçılarının karantinə alındığı Tokio otelində baş verən insidentdən sonra həbs edilib. 

12 avqust gecəsi bir otel əməkdaşı idmançılara spirtli içki içdiklərinə və səs -küy saldıqlarına görə narazılığını bildirib. Buna cavab olaraq, təhlükəsizlik işçisi döyülüb və nəticədə qabırğası qırılıb.

2016 Paralimpiya Oyunlarının qızıl medalçısı Qoqoçuri günahını etiraf edib. Gürcüstan millisinin qalan üzvləri isə xəbərdarlıq alıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO