Ərdoğan 5 telekanala müsahibə verdi – VİDEO

Ərdoğan 5 telekanala müsahibə verdi – VİDEO

Hazırda oxunan: Ərdoğan 5 telekanala müsahibə verdi – VİDEO

33317

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çankaya köşkündə “Kanal 7”, “Ülke TV”, “24 TV”, “TV NET” və “TV 360” telekanallarına birlikdə geniş müsahibə verib.

Bizim.Media xəbər verir ki, gündəlikdə olan vacib məsələlərə münasibət bildirən Türkiyə dövlət başçısı Əfqanıstanda baş verən son proseslər, qonşu dövlətlərlə münasibətlər, qaçqınlar problemi, terrorizmlə mübarizə və s. mövzularda jurnalistlərin suallarını cavablandırıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğan: “Türkiyə “Taliban”la əməkdaşlığa açıqdır”


Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı tətbiq olunan mübarizənin effektli olduğunu diqqətə çatdıran Prezident Rəcəb Tayyib Ərdoğan yerli peyvəndin hazırlanmasının vacibliyindən danışıb.

Dövlət başçısı müsahibəsində, həmçinin qlobal iqlim dəyişikliyinin nəticəsi olaraq Türkiyənin qarşılaşdığı meşə yanğınları və sel fəlakətinə yaratdığı fəsadlara da geniş yer ayırıb. Diqqətə çatdırılıb ki, artıq meşə yanğınları və sel fəlakətində evsiz qalan vətəndaşlara dəyən zərərin aradan qaldırılmasına başlanılıb.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan deyib:

“Əvvəllər təbii fəlakətlərdə və pandemiya ilə mübarizədə olduğu kimi, sel zamanı da birliyin, bərabərliyin və həmrəyliyin ən gözəl örnək olduğunu sərgiləyən vətəndaşlarımıza təşəkkür edirəm”.

Bizim.Media
 

 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO