DİN əməliyyat keçirdi - 20 narkotacir tutuldu – VİDEO-FOTO

DİN əməliyyat keçirdi - 20 narkotacir tutuldu – VİDEO-FOTO

Hazırda oxunan: DİN əməliyyat keçirdi - 20 narkotacir tutuldu – VİDEO-FOTO

33169

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, sosial şəbəkələrdə onlayn yolla satışı ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyatlar həyata keçirilib.

DİN-in mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Baş İdarə əməkdaşlarının paytaxtın Nizami və Yasamal rayonunda həyata keçirdikləri əməliyyatlar zamanı qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda narkotik maddələri qəbul edib hissə-hissə onlayn yolla əvvəlcədən deyilən ünvanlara qoymaqla satışını təşkil edən, həmçinin narkotik vasitələrin satışından əldə edilən çirkli pulların müxtəlif yollarla xarici ölkələrdəki banklara transfer olunmasına köməklik göstərən Xəyal Quluzadə, onun tanışı Aydın Kərimov və Zaur Məmmədov saxlanılıblar. 
 

MÖVZU İLƏ BAĞLI:

Qubada narkotik satan tutuldu


Digər əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 24 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. 

Saxlanılan şəxslərdən 19-u məhkəmələr tərəfindən tutularaq barələrində həbs qətimkan, 1 nəfər haqqında isə alternativ növdən olan qətimkan tədbiri seçilib.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO