Əfqan jurnalistin sözləri Pentaqon rəsmisini duyğulandırdı – VİDEO 

Əfqan jurnalistin sözləri Pentaqon rəsmisini duyğulandırdı – VİDEO 

Hazırda oxunan: Əfqan jurnalistin sözləri Pentaqon rəsmisini duyğulandırdı – VİDEO 

33022

Əfqan jurnalist Nazirə Kəriminin Pentaqonun mətbuat katibi Jon Kirbiyə ünvanlandığı sual zamanı duyğulu anlar yaşanıb. 

Bizim.Media ABŞ mətbuatına istinadən xəbər verir ki, sözügedən hadisə Talibanın Əfqanıstanda hakimiyyəti ələ keçirməsinin ardından Pentaqonda keçirilən mətbuat konfransında qeydə alınıb. 

Belə ki, xanım jurnalist Kirbiyə Əfqanıstan Prezidenti Əşrəf Qani ilə bağlı sual ünvanlayarkən gözyaşlarına hakim ola bilməyib: 

“Mən bu gün çox üzgünəm. Çünki bütün əfqan qadınları son gecəni Taliban qorxusu ilə keçiriblər. Mənim prezidentim haradadır? Əfqanıstanın keçmiş prezidenti Əşrəf Qani haradadır? Prezidentin bu çətin günlərdə xalqının yanında durması lazım idi. O xalqı üçün savaşmalı idi. ABŞ Prezidenti Co Bayden Talibanla mübarizə üçün Qaniyə lazımi dəstəyin ayrıldığını bildirmişdi. Əfqan xalqı, xüsusilə də qadınları nə edəcəklərini bilmirlər. Hər şey 20 il əvvələ, başlanğıc nöqtəsinə qayıtdı. Əşrəf Qani əfqan xalqına cavab verməlidir”. 

Jon Kirbi isə Əşrəf Qaninin harada olduğu ilə bağlı suala cavab verməkdən imtina edib: 

“Əşrəf Qaninin harada olduğu haqqında məlumat verə bilmərəm. Lakin sizin vəziyyətinizi anlayıram. Əfqanıstandakı mövcud durumun necə olduğunun fərqindəyəm. Sizin yaşadığınız üzüntünü bütün qəlbimlə hiss edirəm”. 
 

Qeyd edək ki, ABŞ-ın Əfqanıstanı tərk etməsinin ardından sürətlə irəliləyən Taliban qruplaşması avqustun 15-də Kabili ələ keçirərək, ölkədə hakimiyyətini elan edib.


Əfqanıstan Prezidenti Əşrəf Qani isə hakimiyyəti taliblərə təhvil verərək ölkədən qaçıb. 

Murad Əhmədov, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO