60 il əvvəl qurulan BERLİN DİVARI - VİDEO

60 il əvvəl qurulan BERLİN DİVARI - VİDEO

Hazırda oxunan: 60 il əvvəl qurulan BERLİN DİVARI - VİDEO

32517

1961-ci il avqustun 13-nə keçən gecə Almaniya Demokratik Respublikasının (ADR) hərbçiləri şəhərin qərb hissəsinə gedən keçidləri bağlayıblar. 

Bizim.Media xatırladır ki, 15 avqustda hər tərəfdən ADR ilə əhatə olunan Qərbi Berlin tikanlı məftillərlə əhatə olunub və avqustun 17-də divarın özünü tikməyə başlayıblar.

Eyni zamanda kommunikasiyalar, metro xətləri və digər nəqliyyat vasitələri kəsilib. ADR sərhədçilərinə öldürmək üçün silahdan istifadəyə icazə verən bir əmr gəlib.

Divar boyunca çoxlu maneələri olan "ölüm zolağı" yaradılıb. Bütün illər ərzində Berlin divarından keçmək istəyən 100 nəfər güllələnib, daha 30 nəfər bədbəxt hadisələrdə ölüb.

Divar 28 il Soyuq Müharibənin əsas simvollarından biri olaraq qalıb və 9 noyabr 1989-cu ildə dağıdılıb və yeni dövrün başlanğıcını qoyub. Bir il ərzində divar demək olar ki, tamamilə sökülüb və gələcək nəsillər üçün xatirə olaraq yalnız bir neçə parçası qalıb.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO