FHN Türkiyədəki yanğınların söndürülməsilə bağlı görüntülər YAYDI- VİDEO

FHN Türkiyədəki yanğınların söndürülməsilə bağlı görüntülər YAYDI- VİDEO

Hazırda oxunan: FHN Türkiyədəki yanğınların söndürülməsilə bağlı görüntülər YAYDI- VİDEO

32410

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, hazırda Türkiyə Respublikasında olan Azərbaycan Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələri meşə yanğınları ilə mübarizə tədbirlərini uğurla davam etdirirlər.

Bizim.Media-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, ötən sutka ərzində qurumun qüvvələri qardaş Türkiyənin Köycegiz bölgəsinin Otmanlar rayonunda, Məntəşə bölgəsinin Yılanlı və Burdur bölgəsinin Bucak rayonunda soyutma tədbirləri həyata keçirilib. Tüstülənmə qeyd olunan yerlərdə yanğının baş verməsinin qarşısı alınıb.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyədəki yanğınlarla bağlı son MƏLUMAT 


Eyni zamanda, FHN-in qüvvələri tərəfindən Milas bölgəsindəki Yeniköy və Kemerköy istilik elektrik stansiyalarının sutkalıq fasiləsiz mühafizəsi də davam etdirilib.

Bundan başqa, soyutma tədbirlərinə cəlb edilən FHN-ə məxsus "BE-200ÇS" tipli amfibiya təyyarəsi ötən sutka ərzində Burdur istiqamətində 7 dəfə uçuş həyata keçirməklə 63 ton, helikopter isə Köycegiz istiqamətində 28 dəfə uçuş həyata keçirməklə 70 ton su töküb.

Əməliyyatların mürəkkəb relyefli dağlıq ərazilərdə həyata keçirilməsinə baxmayaraq, bir sıra istiqamətlərdə təcili və təxirəsalınmaz tədbirlər çərçivəsində əməliyyatlar gecə saatlarında da davam etdirilib.

FHN-in yanğın-xilasetmə qüvvələri Türkiyəli yanğınsöndürənlərlə birgə koordinasiyalı şəkildə fəaliyyət göstərirlər.

Bizim.Media
 


​​​​​​​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO