Bir ay əvvəl küçəyə atılmış körpədən XƏBƏR VAR - VİDEO

Bir ay əvvəl küçəyə atılmış körpədən XƏBƏR VAR - VİDEO

Hazırda oxunan: Bir ay əvvəl küçəyə atılmış körpədən XƏBƏR VAR - VİDEO

31696

Ucar rayonunda təxminən bir ay əvvəl küçəyə atılmış uşağa sahib çıxan tapılmır. Anası yeni doğulan uşağından imtina edib, körpəyə həkimlər sahib çıxıb. İndi isə tibb müəssisəsi uşağı yerləşdirməyə yer tapmır.

Bizim.Media xəbər verir ki, iyul ayının 12-də  şəhər ərazisində yeni doğulmuş körpənin atılması ilə əlaqədər Ucar rayon təcili tibbi yardım stansiyasına məlumat daxil olub.

Dərhal yeni doğulmuş körpə həkimlər tərəfindən xəstəxanaya gətirilərək doğum şöbəsinə təhvil verilib. Körpə həkimlər tərəfindən müayinə edilərək xüsusi palataya köçürülüb.
 

MÖVZU İLƏ BAĞLI:

Küçəyə tərk edilən QUNDAQLILAR – Dünyada hər il atılan 2500 uşaq, bəs AZƏRBAYCANDA?


Qaydalara uyğun olaraq xəstəxanada 7 gün saxlanan uşaq sonra  aidiyyətı üzrə təhvil verilməli idi. Amma vəziyyət bir az dəyişib. Rəsmi müraciətlər olunsa da, hələ ki, cavab verən olmayıb.

Yeni doğulan körpəyə doğum şöbəsinin tibb bacıları tərəfindən lazımi qayğı göstərilir. Hətta ona öz aralarında müvəqqəti də olsa ad verilib.

Qeyd edək ki, körpənin övladlığa götürülməsi üçün dəfələrlə rayon mərkəzi xəstəxanasına müraciət olunub, amma bu prosesin onlara aid olmadığı cavabı verilib.

Ucar Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirilib ki, xəstəxanadan daxil olmuş rəsmi məktub əsasında sənədləşmə işinə başlanılıb. Uşağa doğum haqqında şəhadətnamədə hazırlanıb.

Ona Əliyev Məhəmməd Yusif adı verilib. Növbəti həftələr ərzində uşağın paytaxtdakı uşaq evlərindən birinə yerləşdirilməsi planlaşdırılır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO