Rus təyyarəsi bu görüntülərlə Türkiyədə GÜNDƏM OLDU - VİDEO

Rus təyyarəsi bu görüntülərlə Türkiyədə GÜNDƏM OLDU - VİDEO

Hazırda oxunan: Rus təyyarəsi bu görüntülərlə Türkiyədə GÜNDƏM OLDU - VİDEO

31220

Alovlara bürünən Türkiyənin Muğla və Antalya şəhərində yanğın söndürmə işləri aparılan zaman rus təyyarələrinin bölgədə metrlərlə yüksəklikdən buraxdığı su yerə enməmiş havada buxarlanıb.

Bizim.Media xəbər verir ki, vətəndaşlar tərəfindən çəkilən həmin görüntülər sosial mediada da böyük əks-səda doğurub.

Təyyarə çox yüksəkdən yerə su atan zaman, görüntü çəkən vətəndaşların heyrətlənərək "Bu suyu boşaltdı, bəs bu su hara düşəcək? Buxarlandı ki, olmazdımı bu suyu aşağıdan yanğının üzərinə tökəydi? Allah, Allah ..." sözləri videoda əks olunub.

Qeyd edək ki, son 7 gündə Türkiyənin bir çox vilayətində eyni vaxtda başlayan 170-dən çox yanğının əksəriyyəti söndürülsə də, Antalya və Muğla şəhərlərində alovlar nəzarət altına alına bilməyib.

Yanğınlara müdaxilə etmək üçün ətraf ölkələrdən - Rusiyadan 11, İspaniyadan 2, Xorvatiyadan 1 təyyarə göndərilib.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələri, bununla yanaşı Azərbaycan Türkiyəyə bir amfibiya təyyarəsi, 500 nəfərdən ibarət şəxsi heyət, digər lazımi avadanlıq və ləvazimatları da çatdırıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO