Toxunulmazlığı ləğv edilən deputat Eldəniz Səlimov Binəqədi rayon Məhkəməsinə gətirilib.
Bizim.Media bildirir ki, polisi döyməkdə ittiham olunan deputat yaxın dəqiqələrdə hakim qarşısına çıxarılıb.
Prosesdə qərar qəbul edilib.
Qərara əsasən E. Səlimov barəsində 3 ay həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, bu gün deputat Eldəniz Səlimov Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən saxlanılıb. O, iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında polis əməkdaşını döyməkdə təqsirli bilinir.
***
Eldəniz Səlimov məhkəməyə gətirilib.
Bizim.Media xəbər verir ki, bu gün toxunulmazlığı ləğv edilən Milli Məclisin deputatı Eldəniz Səlimov Binəqədi Rayon Məhkəməsinə gətirilib.
O, hakim qarşısına çıxarılacaq.
Məhkəmə E.Səlimov barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxacaq.
MÖVZU İLƏ BAĞLI:
Deputatlığına xitam verilən Eldəniz Səlimov haqqında MƏHKƏMƏ QƏRARI...
Qeyd edək ki, iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.
Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.
Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında E.Səlimovun deputat toxunulmazlığına xitam verilib.
Bizim.Media